Silah anbarında yanğın – 17 ölü, 17 yaralı
Bizi izləyin

Dünya

Silah anbarında yanğın – 17 ölü, 17 yaralı

Hindistanda silah anbarında yanğın baş verib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi zabit olmaqla ən azı 17 hərbçi həlak olub.

Maxaraştra ştatının Pulqaon şəhərində baş vermiş hadisə nəticəsində daha 17 hərbçi yaralanıb. KİV-in məlumatına görə, yanğının səbəbləri hələ müəyyən edilməyib. Şahidlər isə bildirir ki, yanğına partlayış səbəb olub.

Son məlumatlara görə, yanğını söndürmək hələ mümkün olmayıb. Anbarın yaxınlığındakı kəndlərin sakinləri təxliyyə edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm