Azərbaycan olimpiadaya daha bir lisenziya qazandı
Bizi izləyin

İdman

Azərbaycan olimpiadaya daha bir lisenziya qazandı

Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.

Publika.az xəbər verir ki, yığmamız 47-ci vəsiqəyə “wild card”la yiyələnib. Belə ki, Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (İSSF) güllə atıcımız Ruslan Lunyova “güzəştli vəsiqə” verib. Artıq bununla bağlı rəsmi məktub Azərbaycan Atıcılıq Federasiyasına daxil olub.

O, Rioda 25 m (kiçikçaplı tapança) və 10 m (pnevmatik tapança) məsafələrə atışda qüvvəsini sınayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm