“7 rayonun Azərbaycana qaytarılması müzakirə olunur” – rusiyalı politoloq
Bizi izləyin

Nida.az

“7 rayonun Azərbaycana qaytarılması müzakirə olunur” – rusiyalı politoloq

"Hazırda Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində Dağlıq Qarabağın statusu və ətraf rayonlar məsələsi olmaqla iki məsələ müzakirə olunur".

Publika.az xəbər verir ki, bu barədə Rusiyalı politoloq Sergey Markedanov deyib.

Politoloq münaqişənin həlli ilə bağlı aparılan danışıq prosesində böyük dəyişiklər gözləmir: "Əgər həmsədrlər haqda danışsaq, onların hamısı nizama salmanın əsası kimi baza prinsiplərində təkid edirlər. Bu günlərdə həmsədrləri bəyanatında da ərazi bütövlüyünü bərpası, öz müqəddəratını təyin etmə və gücün tətbiq edilməməsi prinsipləri səsləndirildi. Tərəflər arasında qarşıdurmanın artması təhlükəlidir. Vyana görüşü ilə münaqişəni diplomati relsə qaytarmaq cəhdi oldu. Amma mən bu prosesə o qədər də ümid etmirəm".

Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun münaqişənin müəyyən mərhələdə danışıqlar masasına qayıtması haqda fikirlərinə münasibət bildirən Markedanov qeyd edib ki, yenilənmiş "Madrid prinsipləri"nin sonuncu bəndi məhz bu haqdadır.

"Bu bənd Qarabağın statusunun referendumla müəyyən edilməsindən bəhs edir. Amma problem odur ki, həmsədrlər və onların təmsil etdiyi ölkələr bunu Azərbaycansız həll edə bilməzlər. Çünki Azərbaycan Konstitusiyasına əsasən, referendum ölkənin müəyyən ərazisində keçirilə bilməz. Bu baxımdan, bu məsələni həll etmək çətindir. Amma Qarabağın statusunun təyin edilməsi nizama salmanın ən əhəmiyyətli prinsipi olacaq. Hazırda iki məsələ müzakirə olunur: Dağlıq Qarabağın statusu və onun ətrafındakı rayonların Azərbaycanın nəzarəti altına qaytarılması".

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm