Ərdoğanın Çiprasdan “Putin istəyi”: rus-türk savaşı üçün NATO nə edib?
Bizi izləyin

Nida.az

Ərdoğanın Çiprasdan “Putin istəyi”: rus-türk savaşı üçün NATO nə edib?

"Türkiyə-Rusiya sərhədində Rusiyaya aid Su-24 təyyarəsinin vurulmasında NATO-nun barmağı var idi".

Publika.az xəbər verir ki, bu barədə türkiyəli politoloq Ömür Çelikdönmez deyib.

Politoloq qeyd edib ki, bu haqda ona kəşfiyyat işləri ilə məşğul olan bir dostu deyib: "Həmin dostum bildirdi ki, Türkiyə-Rusiya münasibətlərindən yazırsınız, amma bir məsələni unudursunuz. Xatırlayırsanmı, Ərdoğanla Putin arasında dostu-düşməni qısqandıran bir söhbət var idi. Hətta Putin Ərdoğan haqda "əsil kişidir" deyə bildirmişdi. Birlikdə hazırlanan layihələrlə Avropa Birliyi və ABŞ-ın qarşısına çıxmışdılar. Rusiya təyyarəsinin vurulmasına qədər bu belə idi. Rusiya təyyarəsinin vurulmasında da Türkiyə-Rusiya yaxınlaşmasının qarşısının alınması məqsədi var idi və NATO bu prosesin içində yer alırdı", - deyə kəşfiyyat xidmətlərində çalışmış dostum bildirdi".

Politoloq rus-türk münasibətləri və bu informasiya fonunda İstanbulda keçirilən Dünya Humanitar Sammitində Ərdoğanla Yunanıstan prezidenti Aleksis Çiprasın görüşünə diqqət çəkib.

"Ərdoğanla Çipras ikitərəfli görüş keçirdilər. Hətta yunan mediası bu görüşü "səmimi" olaraq təqdim etdi. Məlumata görə, Ərdoğanla Çipras Egey dənizində miqrantların boğulması kimi hadisələr zamanı "qırmızı xətt" ilə əlaqənin qurulması ilə bağlı razılığa gəlib. Görüşün əsil məqsədi isə Afinaya səfər edəcək Rusiya prezidenti Vladimir Putinə Türkiyənin mesajının Çipras tərəfindən çatdırılması idi. Bu amil mediadan gizlədildi. Putin Afinanı ziyarət etdi və bu səfər, Ukrayna böhranından sonra onun Avropa Birliyinə üzv olan ölkəyə ilk səfəri idi. Putin Afinada Çiprasla keçirdiyi brifinqdə rus-türk münasibətləri haqda danışaraq, "Bu məsələdə açıqlamalar aldıq, amma heç bir zaman üzr gəlmədi. Biz münasibətlərimizi düzəltmək istəyirik. Münasibətləri pozan biz deyilik. Sözlər yetərli deyil, bir şey etməlidirlər. Türkiyə ilə təmaslar qururuq və ciddi addımlar gözləyirik. Hazırda heç bir addım atılmır" dedi", - deyə politoloq qeyd edib.

Lakin Ö. Çelikdönmez rus-türk münasibətlərinin tezliklə yoluna düşəcəyini hesab etmir: "Hazırda Türkiyə və Rusiya ayrı-ayrılıqda Suriyada ciddi siyasi dəyişiklik hazırlayır. Türkiyə tərəfindən bu prosesi qeyri-rəsmi şəkildə Doğu Perinçək və adamları aparır. Rusiya da öz növbəsində ciddi dəyişiklər hazırlayır. Rusiyanın Suriya üçün hazırladığı yeni konstitusiyada ölkənin adından "ərəb" sözü silinir, azad ticarət yaradılır. Rusiya bu addımları ilə İslam dünyasında düşmən obarızını silməyə çalışır. Putinin bu yaxınlarda Kazanda təşkil olunan "Rusiya-İslam dünyası" toplantısında çıxışı da bunu deməyə əsas verir. O cümlədən, İran da Suriyada siyasət dəyişdirməyə hazırlanır", - deyə politoloq qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm