Lavrov: “Türkiyə qoşunlarını çıxarmalıdır”
Bizi izləyin

Dünya

Lavrov: “Türkiyə qoşunlarını çıxarmalıdır”

“Rusiya Türkiyədən öz qoşunlarını İraqdan çıxarmasını tələb edir. Ankaranın hərəkətləri tamamilə qəbuledilməzdir”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “kp.ru “saytında birbaşa yayımda deyib.

“Biz tələb edirik ki, Türkiyə öz qoşunlarını İraqın ərazisindən çıxarsın. Keçmiş baş nazir kimi Əhməd Davudoğlu bildirib ki, Türkiyə qoşunları İraqın müstəqilliyini möhkəmləndirmək üçün oradadır. Bu mövqe qəbuledilməzdir. Hesab edirəm ki, Qərb partnyorlarımız bu məsələyə diqqət yetirməlidir” - Lavrov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm