AÇ-2016: Dünya çempionlarının heyətində ciddi itki
Bizi izləyin

İdman

AÇ-2016: Dünya çempionlarının heyətində ciddi itki

Futbol üzrə Almaniya yığmasının 2016-cı il Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Publika.az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Yoahim Löv Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roysu zədəli olması səbəbiylə 23 nəfərlik heyətə daxil etməyib.

Eyni zamanda, Fransaya adı ilkin siyahıda olan "Hoffenhaym"ın müdafiəçisi Sebastyan Rudi, "Bayer"in yarımmüdafiəçiləri Yulian Brandt və Kərim Bellarabi də aparılmayacaq.

Əvəzində heyətdə Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarında çıxış edən futbolçular yer alıb:

Qapıçılar: Manuel Noyer (Bavariya), Bernd Leno (Bayer), Mark-Andre ter-Ştegen (Barselona, İspaniya);

Müdafiəçilər: Jerom Boatenq (Bavariya), Emre Can (Liverpul, İngiltərə), Yonas Hektor (Köln), Benedikt Hövedes (Şalke), Mats Hummels (Bavariya), Şkodran Mustafi (Valensiya, İspaniya), Antonio Rüdiger (Roma, İtaliya);

Yarımmüdafiəçilər: Yulian Draksler (Volfsburq), Sami Xedira (Yuventus, İtaliya), Coşua Kimmix (Bavariya), Toni Kroos (Real , İspaniya), Tomas Müller (Bavariya), Mesut Özil (Arsenal, İngiltərə), Bastian Şvaynştayger (Mançester Yunayted, İngiltərə), Yulian Vayql (Borussiya D);

Hücumçular: Mario Qomes (Beşiktaş, Türkiyə), Mario Getse (Bavariya), Leroy Sane (Şalke), Lukas Podolski (Qalatasaray, Türkiyə), Andre Şürrle (Volfsburq).

Qeyd edək ki, Almaniya millisi AÇ-2016-da Ukrayna, Polşa və Şimali İrlandiya ilə birgə C qrupunda yer alıb. Bundestim son dünya çempionatının qalibidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm