BMT: “İŞİD-ə qalib gəlmək mümkün olmayacaq”
Bizi izləyin

Dünya

BMT: “İŞİD-ə qalib gəlmək mümkün olmayacaq”

“Ölkədə fəaliyyətdə olan müxtəlif hərbi birləşmələr vahid güc ətrafında birləşməsə, Liviyada İŞİD üzərində qələbə qazanmaq mümkün olmayacaq”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu BMT baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Martin Kobler deyib.

“İŞİD-lə mübarizə hər şeydən əvvəl birləşmiş qüvvələrin yaradılmasını tələb edir. Heç kəs təklikdə hərəkət edərək müvəffəqiyyətə nail olmayacaq. Bütün qüvvələr Milli Razılıq hökumətinin ümumi komandanlığı altında birləşməlidir”, - Kobler Fransanın xarici işlər naziri ilə Jan-Mark Eyro ilə görüşdə deyib.

Qeyd edək ki, Liviyada Milli Razılıq hökuməti cari ilin 31 martında işə başlayıb. Hökumət Müəmmər Qəddafinin ölümündən sonra dağılma həddində olan dövlətin bütövlüyünü saxlayacağına ümid edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm