İsmayıllıda canavarlar kəndə hücum etdi: 1 nəfər yaralanıb - VİDEO/FOTO
Bizi izləyin

Hadisə

İsmayıllıda canavarlar kəndə hücum etdi: 1 nəfər yaralanıb - VİDEO/FOTO

İsmayıllının Mücəftəran kəndində Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb.

Publika.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında kənd sakini Sahib Məmmədov mal-qaranı naxırdan gətirən zaman baş verib. Canavarları qovmaq istəyərkən onların hücumuna məruz qalan S.Məmmədov əl, qol, çənə və boğazından ağır xəsarətlər alıb. Hadisə zamanı 6 baş qoyun tələf olub. Xəsarət alan mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

Hadisə zamanı xəsarət alan S.Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin müayinəsi və ilkin tibbi yardımından sonra evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm