Stil ikonalarından təmtəraqlı saç aksessuarları - FOTOLAR
Bizi izləyin

Dünya

Stil ikonalarından təmtəraqlı saç aksessuarları - FOTOLAR

Saç aksessuarları nəinki gecə obrazını, həm də gündəlik dəstləri tamamlayan gözəl vasitədir. Ümumiyyətlə, saç bəzəkləri son vaxtlar zinət əşyaları kimi qadın obrazının vacib detalına çevrilib.

Stil ikonalarını qırmızı xalı mərasimlərində saç aksessuarları olmadan təsəvvür etmək mümkün deyil. Fərqlənmək istəyən hər bir ultra dəbli ulduz xanım saç bəzəyi ilə orijinallığını nümayiş etdirmək şansını əldən vermir. Məsələn, Rihanna ilə Diana Kuryuger bahalı daş-qaşlardan hazırlanmış aksessuarları ilə həmişə mükəmməl görüntüyə qovuşurlar. Belə aksessuarlar həm gəlin saç modelləri üçün, həm də ziyafət saç modelləri üçün zövqlü seçimdir.

Bundan başqa, tər çiçəklər də yenidən dəbə qayıdıb. Yeni tendensiya ilə ayaqlaşanlara Keyt Bosuort, Sofiya Sançes de Betakı və başqalarını misal göstərmək olar.

Saç lentləri və abodoklar əvvəlki kimi aktual olmasa da, Bleyk Layvli sevdiyi bəzək əşyasından ayrılmaq niyyətində deyil. Abodok və saç lentlərinin bir nömrəli pərəstişkarı olan aktrisa obrazını onun vasitəsi ilə qabardır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm