Elektron siqaretlər qadağan ediləcək
Bizi izləyin

Dünya

Elektron siqaretlər qadağan ediləcək

Belarusda ictimai yerlərdə elektron siqaretlərin çəkilməsi qadağan ediləcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus Sağlamlıq Mərkəzinin təşkilati-metodik bölməsinin rəhbəri Anastasiya Kosova bildirib.

Onun sözlərinə görə, respublikada elektron siqaretlər zərərli təsirin dərəcəsinə görə adi siqaretlərlə bərabərləşdiriləcək. Elektron siqaretlər azad satışdan çıxarılacaq və onu yalnız 18 yaşından yuxarı şəxslər ala biləcək.

Bundan başqa, Kosovo bildirib ki, elektron siqaretlərin vitrində nümayişinə icazə verilməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm