Avokado ilə gözəlliyinin qayğısına qal!
Bizi izləyin

Gözəllik

Avokado ilə gözəlliyinin qayğısına qal!

Avokado antioksidant, C vitamini, E vitamini və faydalı yağlarla zəngin meyvədir. Avokadodan müxtəlif maskalar hazırlayaraq daha gözəl və sağlam görünmək mümkündür.

Publika.az avokado ilə hazırlanan 4 gözəllik maskasını təqdim edir:

Üz və bədən üçün maska:

Bir az avokadonu bal, yumurta ağı və qatıqla qarışdırın. Əldə etdiyiniz maskanı üz və sinə nahiyəsinə çəkin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyunun. Maskanı həftədə 1 dəfə çəkmək lazımdır.

Saç maskası:

Saçlarınızın daha parlaq görünməyini istəyirsiniz? Elə isə 1 xörək qaşığı avokadonu bir neçə damcı limon şirəsi və eyni miqdarda zeytun yağı ilə qarışdırın. Maskanı saçınıza çəkib 20 dəqiqə saxlayın. Saçı ilıq su ilə yuyub təmizləyın. Bu maskaya da həftədə bir dəfə müraciət edilməlidir.

Göz ətrafı üçün:

Avokadonu nazik dilimləyib soyuducuda yarım saat saxlayın. Daha sonra həmin dilimləri gözün kənarına qoyun. 5 dəqiqədən bir avokado dilimlərini yeniləyə bilərsiniz. Prosedura 15 dəqiqədən artıq çəkməməlidir. Bunları etdiyiniz təqdirdə göz ətrafındakı qara halqalar azalacaq, daha gənc görünəcəksiniz.

Avokadolu əl maskası:

1 xörək qaşığı avokadonu 1 çay qaşığı dəniz duzu ilə qarışdırın. Maskanı əllərinizə çəkin. Əllərinizi ən az 3 dəqiqə ovalayın. Bu maska ölü dərini təmizləyəcək və qırışların qarşısını alacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm