Erik Bulye: Şənbə günü mənzərə dəyişəcək
Bizi izləyin

Müsahibə

Erik Bulye: Şənbə günü mənzərə dəyişəcək

“McLaren” yürüşçüləri Bakıdakı ilk məşqdə yaxşı sürət göstərdilər, lakin komandanın yürüş direktoru Erik Bulye ifrat optimizmdən çəkinir.

-İlk sərbəst yürüş sessiyasından hansı nəticələr çıxarmaq olar?

-Nəticə çıxarmaq hələ tezdir. Məncə, biz sıxma qüvvəsinin optimal səviyyəsini, nəhayət, müəyyən etmişik. Şənbə və bazar günləri bu qüvvə ilə yarışa çıxacağıq. Hələ ki hər kəs müntəzəm proqramı üzrə işləyir.

-İlk məşqlərin nəticələrinə görə iki “McLaren” yürüşçüsü birinci onluğa daxil olub. Fernando Alonso vaxt göstəricisinə görə 4-cü, Censon Batton 7-ci pillədədir...

-Bu yalnız məşqdir. Amma yaxşı ki, “uik-end” iş baxımından normal başladı. Hər şey yaxşı gedir, bircə bu trasda hansı yanaşmalardan istifadə olunmasını anlamaq qalır. Aydındır ki, hələlik heç bir konkret gözləntim yoxdur. Həm də bilirik ki, cümə günü bütün mühərrikçilər güc qurğularını aşağı rejimə keçirirlər, buna görə də sabah mənzərə birmənalı olaraq dəyişəcək.

-Düz kəsimin uzunluğunu nəzərə aldıqda, bu trasın “McLaren”ə uyğun gəldiyini demək olarmı?

-Bunu sabah, hamı mühərriklərin gücünü bir qədər artırdıqda biləcəyik.

-Yəqin ki, sazlamalarda kompromis axtarmaq lazım gələcək. Siz artıq qanadların hücum künclərini təcrübədən keçirmişiniz?

-Bəli, sessiyanın sonuna yaxın bəzi sınaqlar apardıq, lakin nəticələr qeyri-qənaətbəxş oldu və indi onları təhlil edirik.

-Tezliklə müqavilələrin fəal müzakirə olunacağı dövr başlayacaq...

-Sentyabr ayınadək yürüşçülərlə müqavilələri müzakirə etmək niyyətində deyilik, lakin bu haqda artıq danışılıb.

-Sabahkı təsnifatda “McLaren”dən real olaraq nə gözləməyə dəyər?

-Nəzəri olaraq təsnifatın finalına çıxmaq çətin olacaq. Bugünkü məşqlərdə gördüyümüz kimi, yürüşçülər döngələrdə heç də az səhv buraxmır, maşınlar təhlükəsizlik zonasına çıxır. Odur ki, sabah maraqlı olacaq. Komandamızda iki çox təcrübəli pilot var, buna görə də onların potensialından maksimum istifadə etməliyik. Amma sabah trasda qəzaların olacağını da istisna etmirəm.

-Kanadada olduğu kimi, yanacaq məsrəfinin artması ucbatından bu trasda çətinliklər yaranacaqmı?

-Bəli, ehtimalıma görə, eyni mənzərə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm