"iPhone 7"-nin kütləvi istehsalına başlanıb
Bizi izləyin

Texnoloji

"iPhone 7"-nin kütləvi istehsalına başlanıb

"Apple" şirkəti yeni "iPhone 7" smartfonunun kütləvi istehsalına başlayıb. İstehsal Tayvanın "Pegatron" şirkəti tərəfindən aparılır.

iPhone 7-nin istehsalı ilə Tayvanın "Foxconn" şirkəti də məşğul olacaq.

Smartfonun yeni modelinin istifadəçilərə payızda təqdim olunacağı gözlənilir.

Daha əvvəlki xəbərlərə əsasən, yenilənmiş iPhone-da SİM-kart üçün ikinci slot əlavə olunur. Bundan başqa, smartfonda 3.5 mm ölçüdə qulaqcıq portu nəzərdə tutulub.

"i4u" portalının məlumatına əsasən, "iPhone 7 Plus" və "iPhone 7 Pro" modellərinin istehsalı ilə Tayvanın digər şirkəti - "Wistron" məşğul olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm