Cəlilabadda ər arvadına və oğullarına balta ilə hücum etdi
Bizi izləyin

Hadisə

Cəlilabadda ər arvadına və oğullarına balta ilə hücum etdi

Cəlilabad sakini keçmiş həyat yoldaşına və iki oğluna balta ilə hücum edib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Muğan kəndində qeydə alınıb.

Kənd sakini İsgəndər Əliyev keçmiş həyat yoldaşı Şamama Qürbətovanın yaşadığı evə girərək, ona və 12 yaşlı oğlu Səid Əliyevin baş nahiyəsinə zərbələr endirib.

Daha sonra o, böyük oğlu Fəridlə əlbəyaxa olub. Ata 17 yaşlı oğlunu əlləri ilə boğmağa çalışsa da, Fərid atasının əlindən xilas ola bilib. Qışqırıq səsinə qonşuların gəldiyini görən İ. Əliyev qaçıb.

Yaralılar qonşuları tərəfindən xəstəxanaya çatdırılıblar.

Hadisənin İ. Əliyevin boşanandan sonra arvadına aliment ödəməkdən imtina etməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb, polis hadisəni törədən atanın yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm