Prezident hərbi qulluqçuları təltif etdi - SİYAHI
Bizi izləyin

Nida.az

Prezident hərbi qulluqçuları təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində fədakar əməyinə, Azərbaycanda təhsilin və mətbuatın inkişafında xidmətinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar həkim"

Əlləzov Çingiz Bayram oğlu – tibb xidməti polkovniki

"Əməkdar müəllim"

Məmmədova Nərgiz Qədir qızı

"Əməkdar jurnalist"

Hüseynov Rəşid Məmməd oğlu

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbə verilib.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

Polkovnik Bağırov Gəray Abbas oğlu
Polkovnik Əfəndiyev Ənvər Zəkəriyyə oğlu
Polkovnik Əlibəyov Elxan Əlibəy oğlu
Polkovnik Məmmədov Fuad Nadir oğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm