Qəbələyə 5,2 milyon manat ayrıldı
Bizi izləyin

Nida.az

Qəbələyə 5,2 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm