Nəsimi küçəsinin yeni vəziyyəti - FOTO
Bizi izləyin

Hadisə

Nəsimi küçəsinin yeni vəziyyəti - FOTO

Bakının Nizami rayonu Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi təmir olunub.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, təmir-bərpa işlərinin aparıldığı ərazinin uzunluğu 620 metr, ortalama eni 15 metrdir.

Aparılmış təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Bunun əvəzinə 10 min kv.m ərazinin asfaltlanması işləri aparılıb, 1250 poqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənib.

Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün şərait yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm