Daha iki cüdoçumuz medal qazanıb
Bizi izləyin

İdman

Daha iki cüdoçumuz medal qazanıb

Daha iki Azərbaycan cüdoçusu Avropa çempionatında medal qazanıb.

Publika.az Cüdo Federasiyasının məlumatına istinadla xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının ikinci günündə Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm