“ABŞ-ı nüvə silahı ilə vurmaqdan başqa variant yoxdur”
Bizi izləyin

Dünya

“ABŞ-ı nüvə silahı ilə vurmaqdan başqa variant yoxdur”

Şimali Koreya ABŞ-ı nüvə silahı ilə təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin ABŞ işləri üzrə məsul şəxsi Han Song-Ryol ABŞ rəhbərliyinin mövcud vəziyyəti dəyişdirəcəyinə ümid etmədiyini deyib.

“ABŞ hərbi təhdidlərə, sanksiyalara və iqtisadi təzyiqlərə son qoymalıdır. Başımıza silah dirədikləri halda, bizdən aradakı problemlərin aradan qaldırılmasını istəyirlər. Dünyanın ən böyük supergücü ilə düşmənsənsə, nüvə silahi istehsal etməkdən başqa variant yoxdur”, - o, bildirib.

Onun sözlərinə görə, ABŞ Şimali Koreyanın strateji mövqeyini görməli və düşmən siyasətindən əl çəkilməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm