Telefon və planşetlərin çoxları üçün gizli qalan funksiyasi
Bizi izləyin

Texnoloji

Telefon və planşetlərin çoxları üçün gizli qalan funksiyasi

Sürət nəyə gərəkdir?

Yaşadığımız rəqəmsal əsrdə əldə olunan internet sürəti yeni texnologiyalar sayəsində günü- gündən artır. Əlbəttə ki, bu tələbat ötürülən məlumat həcminin artımından irəli gəlir. Buna misal olaraq, video və foto kameraların icadı, video və şəkil fayl həcmlərinin, yaradılan proqram və oyun saylarının, yeni - daha geniş və keyfiyyətli multimedia formatlarının, vizualizasiya və dizayn aləmində daha çox imkanları olan kompüter 3D texnologiyalarının və bir çox digər məqamların inanılmaz dərəcədə irəliləməsi tendensiyası qlobal mühitdə informasiya inqilabına gətirib çıxartdı.

“Bizim son iki il ərzində əldə etdiyimiz rəqəmsal məlumat bütün keçmişimiz boyu aldığımız rəqəmsal məlumata bərabərdir”.

İlk baxışdan inanılmaz görünsə də, bu, faktdır və hazırkı sürətlə böyük ehtimal 10 ildən sonra 1 Gb indiki 1 Mb kimi qəbul olunacaq.

“Xəbər saytının həftəlik məlumat lentasında olan məlumat 18-ci əsrdə yaşayan insanın bütün ömrü boyu əldə etdiyi biliklərdən çoxdur”.

Bu gün istifadə etdiyimiz əksər elektron cihazlar - telefon, planşet, kompüter, saat, televizor və hətta bəzi məişət avadanlıqları dünya şəbəkəsinə çıxa bilir və ya dolayı yolla bu imkana malikdir. Biz də zamanla uyğunlaşıb cihazlarımızın internetə artan “iştahını” təmin etmək məqsədi ilə hal-hazırda daha yüksək sürətli internet provayder servislərindən yararlanmalıyıq və ya sadəcə yüksək internet sürəti təmin edən simsiz-mobil 4G texnologiyasından istifadə etməliyik.

Niyə məhz 4G?

Təsəvvür edin siz iri həcmli fayl ötürməlisiniz və ya HD keyfiyyətdə filmə baxmaq istəyirsiniz, yaxud bazara yeni buraxılmış onlayn oyunu oynamaq arzusundasınız və bütün bunlar üçün sizə yüksək sürətli, pingi (otürmə maneəsi) az, geri yükləmə sürəti yüksək olan internet kanalı gərəkdir. Bu zaman ən uyğun seçim 4G internet ola bilər.

Artıq bütün dünya qadjet seçimi zamanı 4G - dördüncü nəsil texnologiyanı dəstəkləyən cihazlara üstünlük verir. Psixoloqların fikrincə, tələsmədən yaşayan insanlar həmişə tələsən insanlardan daha xoşbəxt olurlar. Və tələsən insan daha çox xəta edən insandır. 4G vaxta qənaətdir. Beləliklə, 4G internetdən istifadə sayəsində daha çox vaxt əldə edə, tələsməyə və daha xoşbəxt ola bilərik.

4G texnologiyası əlçatmazdır?

Deyil! İstehsal olunan müasir cihazların 80% bu texnologiyanı dəstəkləyir, mobil cihazlar bazarı və operatorlar tərəfindən müxtəlif imkanlar yaradılır ki, bu texnologiya hamıya əlçatan olsun. Digər maraqlı məqam odur ki, internet paketləri qiymətlərinin düşmə tendensiyası davam edir və artıq 4G-dən istifadə etmək bəzən ev internetindən də rahat və ucuz başa gəlir.

Simkartı olmayan qurğularda 4G necə istifadə olunmalı?

Əlbəttə ki, planşet və telefonlardan başqa simkartla təhciz olunmuş elektron qurğular çox azdır. Lakin, burda da sadə çıxış yolu var. Demək olar ki, 4G texnologiyasını dəstəkləyən bütün qurğular mobile hotspot (mobil modem) funksiyası ilə təhciz olunub. Bu funksiya vasitəsilə siz telefonunuzu wi-fi modemə çevirə bilərsiniz. Və bu zaman telefon sırf adi modem prinsipi ilə çalışdığından, siz paylaşılan internetə parol qoya və bununla arzuolunmaz kənar qoşulmaların qarşısını ala bilərsiniz. Ən əsası – telefonunuza 10-a qədər cihaz qoşula bilər: bununla siz əlinizin altındakı bütün cihazlardan - noutbukdan, həm smart TV-dən, həm oyun konsollarından, həm digər telefon və planşetlərdən eyni anda dünya şəbəkəsinə daxil ola biləcəksiniz.

“Diqqət: Paylaşılan internet sizin nömrənizdə olan paketin hesabından çıxılır və operator internet trafikini siz istifadə etmiş kimi hesablayır. Bu səbəbdən, telefonunuzda yüklənməyə limit qoymaq məqsədəuyğundur”.

Ətraflı məlumat üçün sim-kartından istifadə etdiyiniz mobil operatorun müştəri xidmətləri ilə əlaqə saxlamağınız tövsiyyə olunur. Mən hazırda Azercell-in təqdim etdiyi 4G-dən yararlanıram. Azercell tərəfindən 4G 2012-ci ildən etibarən tətbiq olunur. Təəssüf ki, 4G şəbəkəsi 3G kimi bütün ölkəni əhatə etmir. Hal-hazırda şəbəkənin əhatə dairəsinə Bakı, Abşeron yarımadası və Hacıqabul daxildir. Və 4G paketin qiyməti heç də yüksək deyil, 2G və 3G paketləri ilə eynidir. Ona görə 4G ilə yaşaya bilmək imkanınız olan kimi fürsətdən yararlanın. Əsas odu çəkinməyək, yeniliklərə açıq olaq. Necə deyərlər, gözümüzü 4 açaq. Yoxsa yeni və daha sərfəli olanlar sürətlə yanımızdan ötüb keçə və biz onları görməyə bilərik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm