İstanbulda ZƏLZƏLƏ
Bizi izləyin

Dünya

İstanbulda ZƏLZƏLƏ

Bu gün səhər saatlarında İstanbulda, Mərmərə dənizinin sahillərində zəlzələ baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qəndilli Rəsədxanası Zəlzələ Araşdırma İnstitutu Mərmərə dənizinin Yalova sahillərində baş verən zəlzələnin Rixter cədvəli üzrə 4,4 baş gücündə olduğunu açıqlayıb.

Saat 08:40-da baş verən zəlzələnin dərinliyi 6,8 kilometr olub. Bundan 10 dəqiqə əvvəl isə episentri Mərmərə dənizinin şərqində olan 3 ballıq zəlzələ baş verib.

Hər iki zəlzələnin gücü İstanbul və ətraf vilayətlərdə hiss edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm