Ayağı səhvən kəsilən xəstənin SON DURUMU
Bizi izləyin

Qırmızı.az

Ayağı səhvən kəsilən xəstənin SON DURUMU

"Dünən həkimin səhvən sağlam ayağını kəsdiyi Tərlan Əliyevayanın sol ayağının da amputasiya olunması üçün bu gün qərar veriləcək".

Bunu Publika.az-a açıqlamasında Angioloji və Mikrocərrahiyyə Mərkəzinin direktoru Azər Şəmsəddinski deyib.

Onun sözlərinə görə, T.Əliyevanın sol ayağındakı qanqrenaya görə bədənində zəhərlənmə gedir: “Ona görə də təcili əməliyyat edilməlidir. Amma bu əməliyyatı etmək üçün ümumi razılıq olmalıdır. Buna görə də Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə konsilium keçiriləcək. Analizlərin cavabı da nəzərə alınaraq qərar veriləcək”.

Direktor dünən xəstənin ayağını səhvən kəsən həkim-cərrah Valeh Kərimovun işə gəlmədiyini deyib: “Onun bundan sonrakı fəaliyyəti barədə qərarı Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən komissiya verəcək. Onun işdən çıxarılması barədə qərar verilsə, biz də ona əməl edəcəyik. Hələ ki, o işə gəlmir, gəlsə belə onu əməliyyata buraxmayacağıq”.

Qeyd edək ki, ötən gün Angioloji və Mikrocərrahiyyə Mərkəzdə 82 yaşlı Tərlan Əliyevayanın sol ayağı amputasiya edilməli olsa da, həkimin səhvinə görə, sağlam ayağı kəsilib. Yaxınlarının mətbuata müraciətindən sonra məsələyə Səhiyyə Nazirliyi müdaxilə edib. Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb. Eyni zamanda, məsələ Hüquq Mühafizə Orqanları tərəfindən də araşdırılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm