Qusarda təbii fəlakət: 4 kənd işıqsız qaldı
Bizi izləyin

Hadisə

Qusarda təbii fəlakət: 4 kənd işıqsız qaldı

Ötən gün günorta saatlarında Qusar rayonu ərazisində yağan leysan yağışları rayonun 4 kəndini işıqsız qoyub.

Bu barədə Publika.az-a Qusar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

İcra hakimiyyətindən bildirilib ki, ən çox zərər rayonun Kuzun kəndinə dəyib.

“Kuzun, Sudur, Cetkum və Cahar kəndlərində elektrik, rabitə xətləri tamamilə dağılıb. Kuzum kəndində yol və körpü dağıldığına görə, giriş-çıxış çətinləşib, alternativ yollardan istifadə edilir. Hətta ötən gecə kəndə təcili yardım maşını belə girməkdə çətinlik çəkib. Həmçinin digər 3 kənddə də yollar yararsız hala düşüb. Kuzum kəndində su altında qalan 22 ev və tamamilə dağılan 3 evin sakinləri müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Həmin evlərin sakinlərinin bundan sonrakı vəziyyəti barədə qərar qəbul ediləcək”.

İcra Hakimiyyətindən bildirilib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin və rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndlərdədir. Dəyən zərərin hesablanması, ailələrə yardım edilməsi məqsədilə iş aparırlar. Bundan başqa, kəndlərin elektrik, rabitə xətlərinin bərpası və yolun təmiri üçün də işlər aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm