Kaliforniya yanır: ölənlər var - FOTOLAR
Bizi izləyin

Dünya

Kaliforniya yanır: ölənlər var - FOTOLAR

ABŞ-ın Kaliforniya ştatının mərkəzi hissəsində meşə yanğınları güclənir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iyunun 16-da Beykersfild şəhərindən şimali-şərqdə yerləşən dağlarda başlayan yanğın 7500 hektar əraziyə yayılıb.

İnformasiyaya əsasən, yanğın nəticəsində iki nəfər həlak olub. Yanğınlar artıq yüzə yaxın evi külə döndərib, daha 1500-ə yaxın ev və digər tikililər məhv olmaq təhlükəsi altındadır.

Ştat rəhbərliyi daha çox zərər çəkmiş ərazidə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm