Əsədi ən yaxın müttəfiqi aradan götürəcək – ÇEVRİLİŞ PLANI
Bizi izləyin

Dünya

Əsədi ən yaxın müttəfiqi aradan götürəcək – ÇEVRİLİŞ PLANI

Beş ildən artıqdır davam edən Suriya müharibəsində İranın dəstəklədiyi 70 min şiə döyüşçüsü vuruşur.

Publika.az Türkiyənin “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bu haqda Suriyada fəaliyyət göstərən “Jusoor For Studies” araşdırma şirkətinin hesabatında deyilir.

Şirkət mövzu ilə əlaqədar 3 ay apardığı araşdırmanın nəticələrini hesabat şəklində dərc edib. Hesabata görə, Hələb vilayətində Bəşər Əsədin quru qüvvələrinin 60 faizindən çoxu şiələrdən təşkil edilib. İnfoqrafik xəritələrlə dərc olunan hesabatda şiə qruplarla əlaqədar maraqlı məlumatlar var.

“Yeni Şafak”a danışan “Jusoor For Studies”in ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Məhəmməd Nihat bildirib ki, şiə güclərinin əsas mərkəzi Dəməşqdədir. Ən böyük mərkəz Dəməşq hava limanı ərazisində yerləşən “Makar Zucaci” bazasıdır. Bundan başqa, müxtəlif bölgələrdə şiələrə aid 12 baza var.

İranın İraqdan sonra Suriya, Yəmən və Bəhreynlə bağlı “şiələşdirmə layihəsi” olduğunu bildirən Məhəmməd Nihat Suriyanın hazırda İranın dəstəklədiyi şiələrin işğalı altında olduğunu bildirib.

“Suriya cəbhəsində şiə döyüşçülərin gücü Əsədin gücünə bərabərləşib. Şiələr Suriya cəbhəsində aktiv gücə çevrilib. Əsas hədəfləri BAAS rejimini devirərək şiə dövlət quruluşunu elan etməkdir. Rejim qanadında olan bir çox səlahiyyətli də bu barədə naharatlığını dilə gətirir”, - o, deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm