Prezident: “Aprel döyüşləri tarixi qələbə idi”
Bizi izləyin

Nida.az

Prezident: “Aprel döyüşləri tarixi qələbə idi”

"26 iyun Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm, uğurlar arzulayıram".


APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşündə deyib. O bildirib ki, bina qısa müddətə inşa olunub və burada hər cür şərait yaradılıb: "İndiyədək 900-dək hərbi qulluqçu mənzillə təmin edilib. Azərbaycan ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur. Hərbi xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə, hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu planlı və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycanda yaradılan hərbi-sənaye kompleksi də müasir səviyyədədir".

Dövlət başçısı qeyd edib ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir: "Bunu aprel döyüşləri də göstərdi. Ermənistanın təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm