Şotlandiyadan tarixi qərar – Londona ŞOK XƏBƏR
Bizi izləyin

Dünya

Şotlandiyadan tarixi qərar – Londona ŞOK XƏBƏR

Şotlandiya referendumdan sonrakı addımlara hazırlıq çərçivəsində Konsultasiya Şurasını yaradıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Şotland Milli Partiyasının rəhbəri və Şotlandiyanın birinci naziri Nikola Stardjen bildirib.

Onun sözlərinə görə, Şotlandiya müstəqillik haqqında yeni referenduma hazırlaşacaq.

“Şotlandiyanın Nazirlər Kabineti razılaşıb ki, müstəqillik haqqında yeni referenduma hazırlıq çərçivəsində müvafiq qanun layihəsini hazırlamaq lazımdır”, - o, bildirib.

İyunun 23-də keçirilən referendumda britaniyalıların əksəriyyəti Britaniyanın Avropa Birliyindən ayrılmasını dəstəkləyib. Şotlandiya əhalinin əksəriyyəti isə Avropa Birliyində qalmaq istədiyini bildirib.

Şotlandiyanın müstəqilliyi haqqında referendum 2014-cü ildə keçirilib. Sakinlərin əksəriyyəti Birləşmiş Krallığın tərkibində qalmağa qərar veriblər. Ancaq Britaniyanın Avropa Birliyindən çıxması cəmiyyətdə əhval-ruhiyyələri dəyişdirə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm