AÇ-2016-da 1/8 final həyəcanı başlayır - YENİLƏNİR
Bizi izləyin

İdman

AÇ-2016-da 1/8 final həyəcanı başlayır - YENİLƏNİR

Bu gün AÇ-2016-nın 1/8 final mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, günün ilk oyununda İsveçrə və Polşa üz-üzə gələcək. Hər iki komanda qrup ikincisi kimi mərhələ adlayıb. İsveçrə Fransadan, Polşa isə Almaniyadan sonra ikinci pilləni tutaraq 1/8 finala vəsiqə qazanıb. Banklar ölkəsi təmsilçisi polyaklarla oyuna itkisiz çıxacaq. Polşanın heyətində isə 2 itki var. Qapıçı Voyçex Şçesni zədə, Bartoj Kaputska isə cəzalı olduğundan İsveçrəyə qarşı oyunda meydana çıxa bilməyəcək.

İkinci 1/8 final oyununda isə Britaniya derbisi olacaq. Belə ki, bir çoxunun gözləmədiyi halda qrupda İngiltərəni üstələyərək lider kimi 1/8 finala adlayan Uels, ən yaxşı dörd qrup üçüncüsündən biri kimi mərhələ adlayan Şimali İrlandiya ilə üz-üzə gələcək. Bu oyunun favoriti Uels sayılır. Ancaq irlandlardan da sürpriz gözləməyə dəyər.

Günün son oyununda isə Portuqaliya və Xorvatiya münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup mərhələsinin son turunda son çempion İspaniyanı məğlub edərək bütün Avropanı təəccübləndirən Xorvatiya millisi 1/4 finala vəsiqə uğrunda Kriştiano Ronaldonun lideri olduğu Portuqaliyanı mübarizədən kənarlaşdırmalıdı. Ronaldo və yoldaşlarının isə cari Avropa çempionatında işləri o qədər də qaydasında deyil. Belə ki, qrupda keçirdiyi 3 oyunun hamısında qələbəyə həsrət qalan portuqallar yalnız qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazandılar. Oyunöncəsi Xorvatiya millisi daha şanslı görünsə də, Ronaldo və yoldaşlarından "şahmatçılar"a qarşı matçda fərqli oyun izləyə bilərik.

Avropa çempionatı, 1/8 final

25 iyun

17:00 İsveçrə - Polşa
Baş hakim:
Mark Klattenburq
Köməkçi hakimlər:
Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər:
Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim:
Tasos Sidiropulos (Yunanıstan)
Ehtiyat yan xətt hakimi:
Damianos Eftimiadis (Yunanıstan)
Yer:
Sent-Etyen. “Coffri Qişar” stadionu

20:00 Uels - Şimali İrlandiya
Baş hakim: Martin Atkinson
Köməkçi hakimlər: Maykl Mellarki, Stefen Kild
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Feliks Brix (Almaniya)
Ehtiyat yan xətt hakimi: Mark Borş (Almaniya)
Yer: Paris. “Stad de Frans”

23:00. Xorvatiya - Portuqaliya
Baş hakim: Karlos Velasko Karbalyo
Köməkçi hakimlər: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes
Əlavə köməkçi hakimlər: Xesus Jil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Ehtiyat yan xətt hakimi: Georqi Rinq (Macarıstan)
Yer: Lans. “Bollar-Delelis” stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm