Əlli ilin ən böyük zərbəsi: 40 yaşlı dağıdıcı PLAN
Bizi izləyin

Dünya

Əlli ilin ən böyük zərbəsi: 40 yaşlı dağıdıcı PLAN

Dünyanın aylarla gözlədiyi referendumda Böyük Britaniyanın Avropa Birliyindən ayrılmasını dəstəkləyənlər qələbə qazandı. Britaniyalıların 51,9 faizi Avropa Birliyinə “yox” dedi. Nəticələrinin açıqlanmasından dərhal sonra Böyük Britaniyanın hökumət başçısı Devid Kameron istefasını elan etdi. Funt sterlinqin kursu dollar qarşısında dəyərini 11 faiz itirərək son 30 ilin ən aşağı səviyyəsinə düşdü.

Brexit” dünən dünya KİV-i üçün əsas mövzu olub.

Publika.az dünyanın nüfuzlu media orqanlarının referendumun nəticələri ilə bağlı şərhlərini təqdim edir.

“Telegraph”. Nəşr qarşısına belə bir sual qoyur: Britaniya demokratiyası yeni reallıqlarda xalqı birləşdirməyi bacaracaqmı? “Telegraph” qeyd edir ki, hazırda Böyük Britaniyanın gələcəyi haqqında hər hansı adekvat fikir yoxdur: “Gənclərə qarşı köhnələr, Londona qarşı qalanlar, İngiltərəyə qarşı Şotlandiya, fəhlə sinfinə qarşı elitalar. Onlar hamısı müxtəlif planetlərdəndir”.

Qeyd edilir ki, hətta “Brexit”in qalibləri arasında ümumi fikir həmrəyliyi yoxdur. “Telegraph” böhrandan çıxmaq üçün yeganə yolu parlament seçkilərinin keçirilməsi, yeni liderlər və dəqiq siyasi proqramın formalaşmasında görür.

“Economist”. Nəşr britaniyalıların qərarını ingilis xarakterinə zidd olan emosional hücum adlandırır: “Bu millət faşizm və kommunizmdən üz döndərdi. “Brexit”nəticələri adi davranışdan kəskin imtina anlamına gəlir. Məsələ yalnız onda deyil ki, nəticə qeyri-ingilis oldu.: “Brexit” açıq suallardan bir neçəsinə cavab verməyi bacarmadı: ölkədə hansı ticarət münasibətləri olacaq? Şimali İrlandiya ilə ittifaqın gələcəyi necə olacaq? Avropa Birliyindəki 1,3 milyon Britaniya miqrantın taleyi necə olacaq?”

“Financial Times”: “Financial Times” hesab edir ki, Britaniyanın Avropa Birliyindən çıxışı 1945-ci ildən sonra ABŞ-ın himayəsi altında qurulmuş beynəlxalq liberal-demokratik tərzə ən güclü zərbədir.

“Nəticələr Britaniyanın özünə, Avropa Birliyinə və uzaq xaricə təsir edəcək. Britaniyanın Avropa Birliyindən çıxışı ABŞ üçün həyəcan zəngi olmalıdır”, - nəşr yazır.

Bundan başqa, nəşr ehtiyat edir ki, Avropa ölkələrinə Britaniyasız Avropa Birliyi və ABŞ arasında azad ticarətin zonası üzrə razılaşmaya nail olmaq çətin olacaq.

“Guardian”. Britaniya nəşri hesab edir ki, ölkənin Avropa Birliyindən çıxışı üzrə uğurlu kampaniya dörd ayın deyil, qırxillik təbliğatın nəticəsidir. “Guardian” qeyd edir ki, təbliğatın tarixi Britaniyanın Avropa Birliyinə qəbul olduğu 1973-cü ildən başlanıb.

Nəşr Britaniyanın dağılma ehtimalını istisna etmir: “Böyük Britaniyanın sürətli dağılması baş verə bilər: “Şotlandiya Avropa Birliyində qalmaq üçün səs verdi, çətin ki, ondan çıxmaq istəyəcək. Bu yalnız onun Birləşmiş Krallıqdan ayrılmaq arzusunu gücləndirəcək və Şotlandiyanın müstəqilliyi haqqında ikinci referendumun keçirilməsinə səbəb olacaq. Və bu dəfə əksəriyyət müstəqilliyə mütləq səs verəcək. Şimali İrlandiyada da təhlükəli vəziyyət yetişir”.

“Bu artıq dünənki ölkə deyil. O ölkə həmişəlik yox oldu”, – nəşr yekunlaşdırır.

“The Sun”. “Brexit”in tərəfdarlarının əsas meqafonlarından olan nəşr yenə öz rolundadır.

“Xalq öz sözünü dedi, biz yeni ölkədə oyandıq. Bu, tariximizdə dönüş anıdır. Fəhlə sinfi öz gücünü göstərdi və özünə ümid hədiyyə etdi. Ölkəmiz 43 il ərzində ilk dəfə diz üstə dayanmayacaq, Avropa Birliyindən azad olacaq. Bu çarəsizliyə qarşı çıxış edən insanların onların ehtiyaclarına və onlarla ölkəni idarə edən sinif arasındakı uçuruma diqqətsiz olanlara qəzəbidir”, - nəşr yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm