Roma Papası Gümrüyə getdi
Bizi izləyin

Dünya

Roma Papası Gümrüyə getdi

Ermənistanda səfərdə olan Roma Papası Gümrüyə gedib.

Publika.az bildirir ki, Papanı bütün ermənilərin katilokosu II Qaragen müşayiət edib.

Səfərdən öncə isə Papa Fransisk qondarma erməni soyqırımı abidəsini - İrəvandakı “Sisernakaberd” xatirə kompleksini ziyarət edib. Dünya katoliklərinin lideri “erməni soyqırımı” qurbanlarının xatirəsini yad edib.

Pontifik qondarma soyqırımı qurbanlarının xatirə kompleksinə ağ və sarı rəngli iki qızılgül qoyub.

Papa Fransiskin Gümrüdə Ağrı dağına tərəf göyərçin uçuracağı gözlənilir.

Papanın Ermənistana səfəri ötən gün başlayıb. Hava limanında onu Ermənistan prezidenti Serj Sarkisyan və XİN rəhbəri Edvard Nalbandyan da daxil olmaqla rəsmi şəxslər qarşılayıblar.

Roma papası Fransisk Ermənistana səfəri zamanı 1915-ci il hadisələrinə münasibət bildirib. Məlumata görə, Papa olanları ermənilərə qarşı "soyqırım" adlandırıb.

Ermənistana ziyarətinin ilk günündə papa nitqi zamanı əvvəlcədən mətnə daxil edilməyən fikirlərini söyləyib.\ANS

Oxumağa davam et
Reklam
Reklam

Gündəm