Yay günəşinə qarşı ağ çərçivəli eynəklər - FOTOLAR
Bizi izləyin

Dəb

Yay günəşinə qarşı ağ çərçivəli eynəklər - FOTOLAR

Heç kimə sirri deyil ki, eynəklər yayın ən populyar aksessuarıdır. 2016-ci ilin yaz-yay ayları üçün bir çox dizaynerlər bir-birindən rəngarəng və qeyri-adi eynək variantları təqdim edib. Lakin onlar arasında ən çox ağ çərçivəli günəş eynəkləri dəbdədir.

Publika.az xəbər verir ki, həm stil ikonalarının, həm də məşhur ulduzların 60-70-cı illərdə kult olmuş retro eynəklərinə olan marağı onu göstərir ki, onlar bu yayın trendlərinə daxil olacaq.

Ağ çərçivəli eynəklər Odri Hepbern, Bricit Bardo və başqa aktrisaların da sevdiyi aksessuar növü olub. Bricit Bardonun sayəsində bu eynəklər uzun müddət dəb gündəmindən düşməyib. Elə indi də kruiz obrazını ağ çərçivəli eynəklər olmadan təsəvvür etmək mümkün deyil.

Bu mövsüm bir çox moda evlərinin, xüsusi ilə “Hood by air” və “Stella Mccartney” kimi brendlərin yeni kolleksiyalarında böyük və ağ çərçivəli eynəklər üstünlük təşkil edir. Maraqlıdır ki, hər iki brend ağ çərçivəli eynəkləri idman üslubunda, həm də solğun-cəhrayı və ağ rəngli geyimlərlə taxmağı təklif edir. “Prada” və “Loewe” brendlərinin yaz-yay kolleksiyalarının nümayişində isə podiuma çıxan qızların qeyri-adi obrazlarını çoxbucaqlı formalı, ağ çərçivəli, nəfis eynəklər tamamlamışdı.

Bu aksessuar kifayət qədər universaldır və belə eynəklər asanlıqla həm ciddi işgüzar tərzlə, həm axşam obrazı, həm kokteyl donları, həm də çimərlik geyimləri ilə əla uzlaşır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm