Azərbaycan ABŞ-ın Sülh Korpusundan imtina etdi - Özəl
Bizi izləyin

Nida.az

Azərbaycan ABŞ-ın Sülh Korpusundan imtina etdi - Özəl

Azərbaycan ABŞ-ın Sülh Korpusundan imtina etdi-Özəl


Azərbaycan ABŞ-ın Sülh Korpusu könüllülərindən imtina edib.Publika.Az –n özəl mənbələrdən əldə etdiyi məlumata görə, hər il olduğu kimi bu il də Sülh Korpusunun könüllülərinin Azərbaycana gəlməsi hazırlıq görülüb. Prosedura görə, onlar aprel və may aylarında əvvəlcə Bakı və Sumqayıtda təlim keçməli, daha sonra respublikanın müxtəlif bölgələrində davam etməli idilər. Bunun üçün lazım olan hər şey hazırlanıbmış.
“Bölgələrdə harda qalacaqları, təlim keçəcəkləri yerlər, əməkdaşlıq edəcəkləri QHT-lər, hər şeyi detallarına qədər hazırlanmışdı. Onlarla əməkdaşlıq etmək istəyən QHT-lər Təhsil Nazirliyinə bunun üçün ərizə yazıblar. Lakin nazirlikdən müraciətlər geri qaytarılıb və ehtiyac olmadığı deyilib”-deyə mənbə bildirib.

İddia edib ki, Sülh Korpusu könüllüləri adı ilə tanınan bu layihənin məqsədi deyildiyi kimi təhsil proqramları və ingilis dili tədrisi deyil: “Bununla yanaşı, əyalətlərdəki sadə insanlar üzərində iş aparılır, müəyyən mənada beyin yuyulması prosesini həyata keçirirlər. Həmçinin getdikləri yerlərlə bağlı məlumatlar da toplayırlar. Məhz buna görə də Azərbaycan bu il onların xidmətindən imtina edib”.

Qeyd edək ki, ABŞ Sülh Korpusu 1961-ci ildə prezident Con Kennedi tərəfindən təsis edilib. Kennedi sülh Korpusunun könüllülərinə belə deyirdi: “Siz dünya boyu Amerikanın reputasiyasını formalaşdıracaqsınız. Əgər siz onlara azadlıq, bütün dünyada insanların həyatının yaxşılaşa biləcəyi fikirlərini, ölkənizdəki gözəl ənənələri çatdıra bilsəniz uzağa gedə bilərsiniz”.

Daha bir maraqlı məqamsa, Sülh Korpusunun ABŞ-ın xarici siyasətinə müsbət təsir etməsidir. Amerikada bunun hərbi büdcə ilə müqayisədə daha az vəsait tələb etdiyi rəyi formalaşıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm