Bu gün nələr olub?
Bizi izləyin

Qırmızı.az

Bu gün nələr olub?

1945-ci il. Birləşmiş Millətlər Təşkilatı yaradılıb. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür. BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. 2012-2013-cü illərdə BMT TŞ-nin üzvü olub.

26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il 26 iyun tarixli fərmanla Milli Ordunun yaradılmasına başlanıldı. Avqustun 1-də cümhuriyyətin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olunub.


26 iyun BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.

1934-cü il. İlk helikopter olan Focke-Wulf Fw 61 birinci uçuşunu həyata keçirib. İkinci Dünya Müharibəsindən əvvəl və müharibə dövründə Focke-Wulf şirkəti faşist Almaniyasını həm sərnişin, həm də hərbi təyyarələrlə təchizatında mühüm rol oynayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm