AÇ-2016: Ronaldolu Portuqaliya 1/8 finalda - VİDEO
Bizi izləyin

İdman

AÇ-2016: Ronaldolu Portuqaliya 1/8 finalda - VİDEO

Fransada Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində dünən 3 oyun baş tutub.

Publika.az xəbər verir ki, Polşa İsveçrəni, Uels isə Şimali İrlandiyanı mübarizədən kənarlaşdırıb. Günün son oyununda Portuqaliya Xorvatiya ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun əsas hissəsində hesab açılmayıb və komandalar əlavə vaxta gediblər. Bu hissədə 117-ci dəqiqədə Portuqaliya Rikardo Kuarejmanın qolu ilə hesabı açıb və bununla da Xorvatiyanı məğlubiyyətə uğradıb. Nəticədə 1/4 finala vəsiqə qazanan komanda Portuqaliya olub.

AÇ-2016. 1/8 final

25 iyun

İsveçrə - Polşa 1:1 pen-4:5

Şaqiri, 82 - Blaşikovski, 39.

Uels - Şimali İrlandiya 1:0

Qaret Makauli, 75-a/q.

Xorvatiya - Portuqaliya 0:1, əlavə vaxt

Quaresma, 117.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm