Nazilə Səfərli özündən çıxdı: “Əsəbiləşdim, dedim ki...”
Bizi izləyin

Magazin1

Nazilə Səfərli özündən çıxdı: “Əsəbiləşdim, dedim ki...”

Şairə Nazilə Səfərli həmkarlarının bostanını daşlayıb.

Publika.az-a danışan N.Səfərli getdiyi bütün məclislərdə xanım şairələrin şeirlərini söylədiyini, amma sonradan bu fikirdən daşındığını deyib:

“Həmişə məclislərdə bir dəfə özümdən deyəndə, bir dəfə də Gülayə Şınıxlıdan, Zöhrədən, Səadət Butadan, Cığateldən şeirlər söyləyirdim. İstəmirdim desinlər ki, Nazilə özündən başqa heç kimi bəyənmir. Bir dəfə dostum mənə dedi ki, dediyin bütün şeirlər Cığatelindi, niyə adını çəkmirsən? Mən də əsəbiləşdim, dedim daha bundan sonra heç kimdən şeir söyləməyəcəm. Elə özümdən deyəcəm. Bu insanları başa düşə bilmirəm. Onsuz da şeirin sonunda Cığatelin adı səslənir, bunun üstündən Cığateli ayrıca tərif etməyə nə ehtiyac var. Hər dəfə durub deməliyəm ki, bu şeir dahi şair Cığatelə məxsusdur?

Nazilə Səfərli buna görə Cığatellə aralarının dəydiyini də söyləyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm