Sabirabadda ölümlə nəticələnən qəza
Bizi izləyin

Hadisə

Sabirabadda ölümlə nəticələnən qəza

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az anspress-ə istinadən xəbər verir ki, hadisə Qaragüney kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Məhərrəm Süleymanov yolu keçmək istəyərkən sürücüsünün şəxsiyyəti hələlik istintaqla müəyyən edilməyən "VAZ 2106" markalı avtomobil tərəfindən vurulub.

Ağır bədən xəsarətləri alan 54 yaşlı kişi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hazırda rayonun polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm