İspaniyada parlament seçkiləri keçirilir
Bizi izləyin

Dünya

İspaniyada parlament seçkiləri keçirilir

Bu gün İspaniyada parlament seçkiləri keçirilir.

Publika.az xəbər verir ki, ölkənin seçkilərdə iştirak etmək hüququ olan 36,5 milyon vətəndaşı 36,1 min seçki məntəqəsində səs verərək Deputatlar Konqresinə (aşağı palata) 350, Senata (yuxarı palata) 208 üzv seçəcək.

Bu, yarım il ərzində İspaniyada keçirilən ikinci parlament seçkiləridir. Bundan əvvəl seçkilər dekabrın 20-də keçirilib və nəticədə heç bir partiya hökumətin formalaşması üçün lazım olan çoxluğu əldə edə bilməyib.

Səsvermə yerli vaxtla saat 20.00-da başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm