Həcmli saçlar üçün möhtəşəm avokado maskası
Bizi izləyin

Gözəllik

Həcmli saçlar üçün möhtəşəm avokado maskası

Saçlarınızın həcmli olmasını istəyirsinizsə, avokadodan hazırlanan təbii maskalardan istifadə etməlisiniz. Avokado həcm verməklə yanaşı, saçları nəmlə təmin edir və qidalandırır.

Publika.az ən təsirli avokado maskasını təqdim edir:

Tərkibi:

1 ədəd yetişmiş avokado

1 ədəd yumurtanın sarısı

Hazırlanması və tətbiqi:

Yumurtanın sarısını çəngəllə çırpın. Avokadonu yumurta ilə qarışdırın. Maskanı çəkməzdən öncə saçlarınızı isladın. Daha sonra maskanı saç diblərindən başlayaraq çəkin. 5 dəqiqə masaj edin. Saçlarınızı soyuq su ilə yuyun. İsti sudan istifadə etmək olmaz. Avokado saçlarda ilişib qalsa, daraqdan istifadə edin. Maska saçınızdan təmizləndikdən sonra saçınızı şampunlayıb yuyun. Saçınızı fenlə qurutmayın.

Saçlarınızın daim həcmli görünməsi üçün bu maskanı həftədə bir dəfə çəkin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm