Cəzalanan olimpiya çempionu karyerasını bitirdi
Bizi izləyin

İdman

Cəzalanan olimpiya çempionu karyerasını bitirdi

2008-ci ildə 20 km məsafəyə idman yerişi üzrə Olimpiya çempionu adını qazanan Olqa Kaniskina karyerasını başa vurub.

Publika.az xəbər verir ki, rusiyalı idmançı ona verilən cəza üzündən bu qərara gəldiyini bildirib:

“İdmana qayıtmağı mənasız görürəm. Çıxış etməyə imkan vermirlər”.

Martın 24-də İdman Arbitraj Məhkəməsi (CAS) Rusiyanın 6 yüngül atletini qadağan olunmuş dərmanlardan istifadəyə görə diskvalifikasiya etmiş və titullarını əllərindən almışdı. Həmin cəzalananlardan biri də məhz Kaniskinadır. Onun 15 avqust 2009-ci ildən 15 oktyabr 2012-ci ilədək qazandığı bütün nəticələr qüvvədən düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm