Məşhur kanal yenidən istifadəyə verilir
Bizi izləyin

Dünya

Məşhur kanal yenidən istifadəyə verilir

Doqquz il yenidənqurma işləri aparılandan sonra Panama kanalı yenidən istifadəyə verilir. Təntənəli açılış bu günə - iyunun 26-na təyin olunub.

Publika.az xəbər verir ki, kanaldan keçən ilk gəmi Çinin konteyner daşıyan gəmisi olacaq. Təmir zamanı əsas iş kanalın genişləndirilməsi olub. Kanalın buraxılış imkanı iki dəfə - 300 milyon tondan 600 milyon tona qədər artıb.

Xəbər verilir ki, kanaldan əvvəllər dünya yükdaşıma ticarətinin dörd faizi, ABŞ yükdaşımasının isə 16 faizi keçirdi. Kanal 100 il əvvəl çəkilsə də, Panamanın idarəçiliyinə 1999-cu ildən verilib.

Qeyd edək ki, bu kanal Sakit okeanla, Atlantik okeanı birləşdirir. Kanalın uzunluğu 80 kilometr, eni 150 metr və dərinliyi isə 12 metrdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm