Türkiyədə şiddətli döyüşlər - Şəhidlər var
Bizi izləyin

Dünya

Türkiyədə şiddətli döyüşlər - Şəhidlər var

Türkiyə ordusu yenidən şəhid verib. Diyarbakırın Licə qəsəbəsində davam edən əməliyyatlar zamanı terrorçularla baş verən atışma zamanı ordunun iki əsgəri ağır yaralanıb.

Publika.az xəbər verir ki, yaralı hərbçilər dərhal xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki əsgər xəstəxanada dünyasını dəyişib.

Türkiyənin ordusunun baş qərargahından məlumat təsdiqlənib və bildirilib ki, bölgədəki terrorçuların zərərsizləşdirilməsi üçün həyata keçirilən genişmiqyaslı əməliyyatlar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm