Yeni tendensiya modapərəstlərin qəlbini fəth edib - FOTOLAR
Bizi izləyin

Dəb

Yeni tendensiya modapərəstlərin qəlbini fəth edib - FOTOLAR

Yeni tendensiya bütün modapərəstlərin qəlbini fəth edib. Belə ki, dünyanın məşhur modapərəst qızları dəniz mövsümünü cins çimərlik geyimləri ilə qarşılamağa hazırlaşır. Təşvişə düşmək lazım deyil, bu, hamımızın bildiyi qalın cins parçalardan deyil.

Publika.az xəbər verir ki, cins materialı xatırladan bikini və kupalniklər çimərlik geyimlərinin hazırlandığı ənənəvi parçadan tikilib. Belə çimərliklərin əsas özəlliyi straz, krujeva və muncuq kimi əlavə dekorlara ehtiyacı olmamasıdır. Çünki cins çimərlik paltarları onsuz da özləri kifayət qədər cəlbedicidir. Modelin seçilməsi məsələsi isə sizin ixtiyarınıza buraxılır. Ən müxtəlif fasonlar, idman üslubunda olan, klassik kupalnik və ya bikinilərin hər biri aktualdır. Cins çimərlik geyiminə aid bir neçə nümunə təqdim edirik.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm