Qırmızı.az
Türk əlifbasında "ə", "x" səsləri ilə bağlı təklif var
"Türkdilli ölkələr üçün ortaq türk əlifbasının yaradılması olduqca vacibdir və hazırda bunun üçün işlər aparılır".
Publika.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.
M.Nağısoylu bildirib ki, ortaq türk əlifbasının olması Beynəlxalq Türk Akademiyası tərəfindən bu yaxınlarda Astanada keçirilən beynəlxalq simpoziumda da müzakirə edilib:
“Simpoziumun bölmələrindən biri türkoloji qurultayın 90 illiyinə həsr olunmuşdu. Tədbirdə iştirak üçün 40-a yaxın ölkədən alimlər gəlmişdilər. Onların da hamısının fikri belə oldu ki, bütün türk xalqları vahid əlifbadan istifadə etməlidirlər. Bu onların yaxınlaşmasına kömək edər. Biz də təbii ki, bu işə öz töhfəmizi verməliyik”.
Hazırkı latın qrafikalı Azərbaycan əlifbasını təkmil sayan M.Nağısoylu hesab edir ki, əlifbamızda hər hansı dəyişiklik etməyə ehtiyac yoxdur.
Amma İnstitut rəhbəri Türkiyə türklərinin əlifbasında bəzi dəyişikliklərin edilməsi üçün öz təkliflərini də açıqlayıb:“Türklərdə “ə” səsi, “x” səsi - ola bilsin ki, müəyyən dialektlərdə “x” səsi yoxdur - olsa da, onları ifadə edən ayrıca bir işarə yoxdur. Məsələn, onlar “əvət” deyirlər, “evet” demirlər ki! Azərbaycan əlifbasında olduğu kimi, türk əlifbasında da “ə” və “x” səslərini bildirən hərflərin olması məqbul olardı, çünki həmin səslər var. Buna görə də bu səsləri mütləq ifadə etmək lazımdır. Yəni ortaq məxrəcə gəlmək lazımdır. Bu, çox vacibdir”.
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ