FHN daha iki nəfəri boğulmaqdan xilas etdi
Bizi izləyin

Hadisə

FHN daha iki nəfəri boğulmaqdan xilas etdi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində, Mingəçevir su anbarında (məntəqənin ərazisində) 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.


Publika.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 18:35-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm