Hadisə
Ağdaşda qəribə məxluqlar görülən kənddən VİDEO
Ağdaş rayonunun Qoşaqovaq kəndinin sakinləri təşviş içindədir. Qadın və uşaqlar hava qaralan kimi həyətə çıxmağa belə qorxurlar.
Publika.az Xəzər-ə istinadən bildirir ki, onların iddiasına görə, kim olduqları bilinməyən insanlar qəribə geyimlərdə həyətlərə girir, gozə görünüb yoxa çıxırlar. İnsanların təşvişə düşməsinə səbəb son 20 gündə kənddə qəribə insanların peyda olmasıdır.
Həmin şəxslər həyətlərə girərək sanki nə isə axtarırlar. Hər hansı birini görən kimi isə qaçıb yoxa çıxırlar. Kənd sakinlərində o qədər qorxu yaranıb ki, həmin adamların 3 metrden artıq boyunun və uzun saqqallının olması barədə söz-söhbətlər gəzir. Qoşaqovaq kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov deyir ki, sakinlərin gözünə görünən bu insan təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır. Bələdiyyə sədrinin sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib.
Məsələ ilə bağlı Ağdaş Rayon Polis şöbəsinə də məlumat verilib. Polis əməkdaşları kəndə baxış keçirib, lakin heç bir qəribəlik aşkar edə bilməyib. Şöbədən bildirilib ki, müraciətlər əsasında ətraflı araşdırma aparılır.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub