Astroloji proqnoz - 27 iyun
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 27 iyun

QOÇ - Fiziki işlərlə olmasa da, zehni və mənəvi məsələlərdə ulduzlar yardımçınız olacaq. Perspektivli müzakirələr, yeni tanışlıqlar üçün şansınız artacaq.

BUĞA - Qarşınızda romantik bir gün durur. Bu səbəbdən də fəaliyyətə ara verib ürəyinizə yaxın insanlarla bir yerdə olun. Ailə-sevgi münasibətlərində təşəbbüskarlığı ələ alın.

ƏKİZLƏR - Səhhətinizdə və ovqatınızda neqativ halların baş qaldırması fəaliyyətinizdə xoşagəlməzlik yarada bilər. Bu səbəbdən istirahət etmək və ya səfərə çıxmaq sizi sakitləşdirə bilər.

XƏRÇƏNG - Müəyyən vaxt ərzində riskdən və gizli sövdələşmələrdən uzaq olmağınızı tövsiyə edilir. Olduqca ehtiyatlılıq göstərməli, müdafiəni gücləndirməlisiniz.

ŞİR - Ötən günlərdən başladığınız əksər işləri uğurla davam etdirə biləcəksiniz. Hər hansı mübahisəyə isə yol verməyin.

QIZ - Ardıcıl səhvlərə son qoymaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanın. Çətin mərhələlərdə təcrübəli adamlarla məsləhətləşin. Əsas diqqəti isə ailə və sevgiyə yönəldin.

TƏRƏZİ - Bütün vacib işlərinizi nahara qədər həyata keçirin ki, sonrakı müddətdə mənəvi duyğulara qapıla biləsiniz. Doğmalarınızla münasibətlərdə sülhpərvər mövqeyə sahib olun.

ƏQRƏB - Günün ümumi mənzərəsindən narazı qalmayacaqsınız. Amma gərək bəzi problemlərə görə, yalnız başqalarını deyil, özünüzü də günahlandırasınız. Savab işlərinizin sayını artırın.

OXATAN - Ulduzlar bir an da boş oturmamağı məsləhət görür. Mühüm sirlərinizi başqalarına açmayın ki, sonra sizə əngəl yaratmasınlar.

OĞLAQ - Qarşınızda ziddiyyətli məqamlar dursa da, iştirakçısı olduğunuz situasiyanı mövqeyinizə uyğunlaşdırmağı bacaracaqsınız. Bu baxımdan bəzi məsləhətləşmələr səmərəli ola bilər.

DOLÇA - Peşənizlə bağlı işlərdə passivlik gözlənildiyindən enerjinizi münasibətlər istiqamətinə yönəldin. Araları soyuyan insanları barışıdırın. Axşama doğru hər mənada ehtiyatlı olun.

BALIQ - Bu vaxta qədər nail ola bilmədiyiniz bəzi planları aktiv müstəviyə çıxarmaq üçün şanslar yaranacaq. Bəzi dostların da deyilən məsələdə sizə köməyi dəyəcək. Büdcənizdə dönüş də mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm