Dünya
Ərdoğan islamafob fikirlər səsləndirən Trampı belə cəzalandıracaq - TƏKLİF
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Tramp islamofob fikirlər səsləndirdiyi üçün İstanbulun işgüzar rayonunda Amerika göydələni tərzində tikilən "Trump Tower" qülləsinin adını dəyişdirməyi təklif edib.
Publika.az bildirir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Türkiyə prezidentinin fikrincə, Trampın Amerikadakı müsəlmanlara qarşı dözümlülüyü yoxdur və bu səbəbdən onun adı tez bir zamanda göydələndən götürülməlidir.
"Tower Trump" yaşayış və biznes kompleksi 2012-ci ildə Türkiyənin "Dogan Sirketler Grubu Holding AS" şirkəti tərəfindən inşa edilib. O, 37 və 39 mərtəbəli iki qüllədən ibarətdir. Kompleks Donald Trampa məxsus şirkətdən alınan imtiyazla inşa edilib. Onun açılışında Ərdoğan özü də iştirak edib, lakin indi bunun səhv olduğunu hesab edir. (Report)
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı