ABŞ-da anti-faşistlərlə irqçilər arasında TOQQUŞMA
Bizi izləyin

Dünya

ABŞ-da anti-faşistlərlə irqçilər arasında TOQQUŞMA

ABŞ-ın Kaliforniya ştatında anti-faşistlərlə irqçilər arasında baş verən toqquşmada 10 nəfər bıçaqlanıb.

"Report" "KCRA Sacramento"ya istinadən xəbər verir ki, bu haqda yerli polis idarəsi bildirib.

İnformasiyaya əsasən, yaralılardan ikisinin vəziyyəti ağırdır. Xəbərdə bildirilib ki, yaralıların 9-u kişi, biri isə qadındır. Onların yaş həddi 19-58 arasındadır.

Məlumata görə, toqquşma 400-ə yaxın antifaşist və təxminən 30 irqçi (ağ dərililərin üstünlüyü tərəfdarları - "ağ supremasizm") arasında baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm