XİN Papanın Qarabağ bəyanatını şərh etdi
Bizi izləyin

Nida.az

XİN Papanın Qarabağ bəyanatını şərh etdi

Azərbaycanın Xarici İşlər Nazxirliyinin (XIN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Roma Papası Fransiskin İrəvana səfəri zamanı birgə bəyanat vasitəsilə Dağlıq Qarabağda sülhə çağırış etməsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, H.Hacıyev deyib ki, Roma Papası Fransiskin İrəvanda birgə bəyanat vasitəsilə Dağlıq Qarabağda sülhə çağırışı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyması, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılması, qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi və bununla da regionda sülhün və ədalətin bərqərar olunmasına çağırışdır.

XİN rəsmisi bəyan edib ki, Roma Papası Fransiskin sülh çağırışı Ermənistanda edildiyi üçün bu çağırışın ünvan sahibi rəsmi İrəvandır:

"Ümidvar olmaq istərdik ki, rəsmi Yerevan Roma Papasının bu sülh çağırışından nəticə çıxaracaq və Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətinə tezliklə son qoyacaqdır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm