6 maşın yandıran hüquqşünas ruhi xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Qırmızı.az

6 maşın yandıran hüquqşünas ruhi xəstəxanaya yerləşdirildi

Gədəbəydə 6 avtomobili yandıran 25 yaşlı gənc xəstəxanaya yerləşdirilib.

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 2 gün öncə Gədəbəydə 6 avtomobili yandıran Novruz Vəliyev Qazax Rayonlararası Ruhi Dispanserə göndərilib.

Alışqan və benzinlə "silahlanan" 25 yaşlı Fərzalı kənd sakini 2 ədəd Niva, 2 ədəd “QAZ 53”, 1 ədəd “UAZ”, 1 ədəd “Zil” markalı maşını yandırıraq tam yararsız hala salmışdı. O, avtomobilləri düzgün saxlanılmadığı üçün yandırdığını bildirmişdi.

Kənd sakinləri bildirir ki, Novruz ali məktəbi bitirib rayona qayıtdıqdan sonra onda psixoloji problemlər yaranıb. Elə bu səbəbdən valideynləri onu bir müddət paytaxda ruhi xəstəxanalardan birinə yerləşdiriblər. Hazırda gənc yenidən müalicə olunur.

Gədəbəydə 6 avtomobili yandıran 25 yaşlı gənc Novruz Vəliyev barədə yeni faktlar ortaya çıxıb. Bu barədə Trend-ə Gədəbəy rayonunun Fərzalı kənd sakinləri məlumat verib.

Sakinlər bildirirlər ki, həmin şəxs kənddə dəfələrlə təxribatlar törətsə də, onun barəsində ciddi tədbir görülməyib:

"Bu, onun birinci hadisəsi deyil. Dəfələrlə kənddə hadisə törətməyə cəhd edib. Kənddə boş qalan evləri bir neçə dəfə yandırmağa cəhd edib. Sakinlərin müdaxiləsindən sonra onun belə hərəkətlərinin qarşısı alınıb. Təxminən 6-7 ay əvvəl Fərzalı kəndində bir evi benzin töküb yandırdı. Evin sahibi İsrafil Əliyev və onun həyat yoldaşı rəhmətə gedəndən sonra ev boş qalmışdı. Novruz da evin boş qalmasından istifadə edərək evə benzin töküb yandırmışdı. Hadisədən sonra polis onu saxlayaraq müalicəyə göndərdi. Amma az müddətdən sonra yenidən buraxdılar".

Sakinlər deyirlər ki, N. Vəliyev yaşadığı kənddə və yaxınlıqdakı kəndlərdə hamını hədələyib, birinin evini, birinin maşınını yandıracağını bildirib.

Qeyd edək ki, Novruz Vəliyev ixtisasca hüquqşünasdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm